Əmir Teymur və Domovoy

Nəsr


 

 

◊ Əmir Teymur və Domovoy

  Şərh göndərin 13.07.2016 02:43

   Əmir Teymur və domovoy.                                                                 Moskva 90-cı illər. Üç dost əsgərlikdən bir ilin ərzində qayıtmışdıq.Əsgərlık dövrünün məhəbbət macəralarını quduz həsrəti bizi Moskva gözəllərini ovlamağa sürükləmişdi.On gün idi ki Moskva gözəllərini göz yaşlarına inanmadıqları üçün gülməkdən öldürürdük .Biz qafqazlılar onlara onlar da bizə maraqlıudı .Üç qızla tanış olmuşduq ,hərəmiz biriylə .Hamısını da mən ,Nataşa pervy,Nataşa vtaroy,Nataşa trety adlandırmışdım .Nataşanı mən uşaqlıqda atam dostlarına xəlvəti gənclikdəki sevgilisi Nataşadan danışanda xoşlamışdım .Özümə söz vermişdim ki ,böyüyəndə mən də Nataşa adlı sevgilimin axtarışına çıxmalıyam,ata olanda da dostlarıma xatirələrimi danışaram.Üç qızın heç birinin adı Nataşa deyildi ,mən iyirmi yaşa qədər Nataşasızlığımın yangısıyla üçünü də eyni adlandırdım .Nataşa vtaroyla mən tanış olmuşdum ...Səhər dördüncü dostumuzdan teleqram aldıq,Əmir Teymurdan .Mən o,teleqramı belə redaktə etmişdim : -Moskva əhalisi təcili uzaqlara dağılışsın ,Əmir Teymur gəlir.Onu qəhqəhələrlə qaldığımız evə gətirdik .Bir ayağı bir az axsayırdı ,uşaqlıqdan onu Teymurləng,sonralar Əmir Teymur ,lap sonralar isə Əmir çağırdıq .Onu Nataşaların dördüncüsü ilə tanış etdik.  Dördüncü Nataşa isə əsl Nataşa idi ,adını dəyişmədik .Paxıllıq məni aldı ,həqiqi Nataşa Əmirə dəlı kimi aşiq oldu ,bir az da başdan xarab qız idi .O vaxtlar mətbuatın gündəmindəki kabus “damovoylar”( bu bizim damdabaca kimidir evlərı dolaşır sən onu görmürsən ,hətta təzə içgiyə qurşanmış gənc qızlarla xüsusən sərxoş olanda istədiklərini edirmişlər .Guya otaq əşyalarına da təsir göstərə bilirdilər .Hə Əmir Teymurun sevgilisi bu gözə görünməzlərə yaman inanırdı ,hər gecə şirin söhbətlərimiz onun xoflu söhbətləri ilə korlanırdı .Əmir də özünü ona çox sevdirmək üçün guya inanıb mübahisə edir,belə gözəl qız yalan danışmaz ,deyib bizi hirsləndirirdi.Axır günlər başa düşdük ki ,onun “damavoy dininin qanunlarına görə o,Əmirlə nigah bağlamalıdır .Əmir də ,-elə bizim dində də belədir .”Damovoyçu ,(mən sonra adını dəyişmişdim )deyirdi ki, bu nigahsızlıq üzündən ruhlardan biri onu gecələr yuxuda boğur ,mən də ,-sənin iyirmi yaşın var ,amma qırx yaşlılar kimi içirsən, bəlkə sərxoşluqdandır?O,da; -sən nə danışırsan? O,məni boğurdu ,yalvardım buraxdı sonra qaranlıqda stolun üstündə güldanı aşırtdı,mən də -,bəlkə sərxoşca çarpışmısan özün –özünlə süfrə sənə ilişib sən -süfrəyə o,isə,yox o, vardır ,mənimlə danışdı ,elə bildim səs qonşudan gəlir ,gördüm yox yıxılmış güldan danışır .Əmirin vəziyyəti qəlızləşdi.Yeni nişanlandığı əmisi qızı onun bu eşqbazlığından xəbər tutsa özünü asar.Əmir də bunu bilir amma bu atamın sevgilisinə elə vurulmuşdu ki ,lap nişanlısı özündən qabaq Moskvada gəlib onu da assaydı xeyri olmayacaqdı ....     Əmir Teymur indi də bu hissəni danışanda sanki bu dünən olub.Biz o axşam mənim Nataşamın nənəsinin  bağına yığışacağımıza söz verdik .Sabah günorta qayıdacaqdıq .Əmirlə atamın sevgilisi də bu evdə”domovoy “diniycə toy gecəsi keçirə biləcəkdilər ,şampan da almışdılar .Səhər isə əmiqızı kimi asır assın nigaha gedəcəkdilər .Əmir Teymur :-Hava qaralana qədər vüsal gecəsini gözlədik evə gəldik .Həyətdəki ofçarkaya məhəbbətlə baxdım .Qapının açarını ona vermişdim ki ,itirməkdə məndən analar doğmayıb.O da məndə sərxoş idik .Restoranda çox oturmuşduq .Yol boyu ancaq domovoylardan danışmışdıq .Yaman xoflanmışdım .Açarı xeyli ora burasında axtardı .Qayıtdıq .Restoranda düşübmüş.İndi işıqlar yanmır ancaq bizimki sönüb.Qonşuların işığı da həyətə ağacların budaqlarından düşür lap dəhşət filmlərinin səhnəsi ,film ujus.Şam alıb qayıdırıq .Bir şam bəsimiş qorxumdan onunu almışam .O şampanı açmağa mənə uzatdı .özü stulda əyləşib gülləri güldana qoydu güllər əyildi ,o,pıçıltıyla :- o,burdadır,dedi .Mənsə  əmiqızının gözündən uzaq artıq ,təxminən bilirsiz də .hə də sakit otaq şam yanır şampan ,o,mən ,onun aləmində bir çəmənliyə qondum ,sakitlikdə səsimi yoxlamaq  istəyirdim ki ,cırrrr,-şifonerin qapısı açıldı özüm də səssizlikdə ondan betər qorxdum,ikimiz də yanbayan əyləşib şifonerə baxdıq.Dedim ,qapı yaxşı örtülməyibmış,qorxma ,o,həyəcanla: - sən durub onu örtə bilərsən ?Mən dizlərimi titrədərək yaxınlaşıb  örtdüm .Yenə romantika küləyi əsdi ,məhəbbət dənizi dalğalandı ,hər iki gəminin kapitanı bu təlatümdə başlarını yenicə itirməyə başlayırdılar ki ,cırrrr, -şifonerin ikinci qapısı və ,- şapp,ev sahibinin oğlunun əsgərlik şıneli yerə çırpıldı şkafdan .Öz özümə : - bu şifonerə nə olub?İçindəkiləri az qalıb üstümüzə tolazlayıb ,ay həyasızlar ,desin .İndı qapıları növbəylə açılıb bağlanır və sanki ;-bu evdən çıxıb getsəz yaxşıdır,pıçıldayır .Nataşa yaman qorxurdu o,-bax stol da yeriyir ,daha inkar da lazım deyil ayağa qalxıb otağın küncünə sıxıldıq .Əşyalara bərəlmişdik.Stol təxmınən pəncərəyə sarı əlli sm süründü stolun bu cicliyindən güldan qorxub yıxıldı suyu səssizlikdə ,şırrrrr....axdı su divanın altına uzananda divan altını islatmış xəcalətiylə ,dırrrr,səsiylə köhnə ayaqlarını sürüdüb pəncərəyə sarı süründü.İndi sanki üçü də bizə qəfidən hücum edəcəklər o:- deyəsən odur ,mən :  -kim? O : - Vasili .Bircə şifonerin gəzməsi qalmışdı və ilk hücuma da başlayan o oldu .Evdən həyətə qaçan mən Do..mo..voyyy! qışqırıb  ,uçub küçədə qeyb olan da o oldu ...Səhər `o iki müxbir və bir rejissora həyətdə mənim məhəbbətlə baxdığım ofçarkanın ona it dilində ,bu evdə Vasilinin ruhu dolaşır,-mırıldadığını izah edirdi ,mən qorxağa yeni, domovoy dinində olan sevgilisini göstərib (ışarəylə )məni isə ona göstərmədi.......     Biz evin cərəyanını günorta həyətdən ayırmış,axşam isə onlar qayıtmamış pəncərədən evə girib gizlənmişdik .Ssenarı müəllifi kimi atamın sevgilisinə məbədgah yarada bildiyimə Şad idim .    2016. iyun.

Baxış: 35



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15114)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14601)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13882)
PLATONYA
platonyaadasi.kitabxana.net (8146)
Nəriman
sungurlar.kitabxana.net (4381)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə